Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədəki iğtişaşlar səbəbindən tətilini ləğv edib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “The Independet” qəzeti məlumat yayıb.
“Keyr Starmer ölkə daxilində baş verən iğtişaşlara görə gələn həftəyə planlaşdırılan tətilini ləğv etdi. O gələn həftə işləyəcək”, - deyə qeyd olunub.
Milli Polis Rəisləri Şurası avqustun 9-da Böyük Britaniyada anti-immiqrant iğtişaşlar zamanı saxlanılanların sayının 595-ə çatdığını bildirib.