Qəbələdə vətəndaşlardan 12 tüfəng götürüldü

15:33 - 11 Avqust 2024

Qəbələdə vətəndaşlardan 12 tüfəng götürüldü

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

 

Manset.az xəbər verir ki, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbər xətti

9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin