İran ABŞ seçkilərinə müdaxilə edirmi? - İlk açıqlama

09:37 - 12 Avqust 2024

İran ABŞ seçkilərinə müdaxilə edirmi? - İlk açıqlama

İranın Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi ölkəsinin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı iddialara reaksiya verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı nümayəndəlikdən yazılı açıqlama verilib.

Bəyanatda deyilir:

“ İran administrasiyasının ABŞ prezident seçkilərinə müdaxilə etmək məqsədi və ya fikri yoxdur ”. 

Qeyd edək ki, ABŞ prezidentliyi uğrunda mübarizədə respublikaçı namizəd Donald Trampın komandası İranı onların seçki kampaniyasına kiberhücum etməkdə ittiham etmişdi. 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin