Kosmosda ilk arxeoloji təcrübələr aparıldı - FOTO

11:38 - 12 Avqust 2024

Kosmosda ilk arxeoloji təcrübələr aparıldı - FOTO

Alimlər Yerdən kənarda aparılan ilk arxeoloji tədqiqatı həyata keçirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu tədqiqat Beynəlxalq Kosmik Stansiya tərəfindən həyata keçirilib.

Tarix boyu arxeologiya təcrübələri həmişə yerüstü ərazilərə yönəlmişdir. Kosmosda isə qazıntı aparmaq mümkün deyil.

Çünki orada heç bir əşya yerində dayanmır, daim hərəkətdədir. Bəs "kosmosun sakinləri", kosmonavtlar ora necə uyğunlaşır?

Bu ekspermentin bir hissəsi olaraq, kosmonavtlara ümumi sahəsi 1 m² olan 6 yer seçmək tapşırılıb. 

Seçilən yerlərə onların gündəlik istifadə etdiyi əşyalar yerləşdirilib və bərkidilib. Daha sonra hər gün eyni saatda seçilmiş yerlərin şəkilləri çəkilib, zamanla həmin əşyaların yerlərinin necə dəyişməsi və insanların buna necə uyğunlaşması müşahidə edilib. Bu proses 2022-ci ildən günümüzə qədər davam edib.

Həmin əşyalar daha sonra dünyaya gətirilib və tarixi əsər olaraq saxlanılır. 

Ümumilikdə  5438 "tarixi əsər" müəyyən edilib.

NASA astronavtı Kayla Barron Beynəlxalq Kosmik Stansiyada arxeoloji nümunə sahəsinin fotoşəkillərini çəkir

First-ever archaeological survey on space station shows 'chaotic' ISS

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin