"Nə ağzının danışığın bilir, nə də oxumağı bacarır, amma bütün günü efirdədir" - SƏRT DANIŞDI
14 Sentyabr 2024
17:31 - 12 Avqust 2024
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.
Manset.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, dünən günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.
Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.
Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.
Zəvvarların dələduzluğla məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildilib: “Fatimə Tur”, “Roman Travel” şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Əlavə məlumat veriləcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin