"Nə ağzının danışığın bilir, nə də oxumağı bacarır, amma bütün günü efirdədir" - SƏRT DANIŞDI
14 Sentyabr 2024
20:59 - 12 Avqust 2024
Almaniya kansleri Olaf Şolz İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı baş nazir Şolz Yaxın Şərqdə regional münaqişə təhlükəsindən narahatlığını ifadə edib.
O, Pezeşkianı hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb və bəyan edib, Yaxın Şərqdə zorakılıq spiralını dərhal qırmaq lazımdır, əks halda region ölkələri və xalqları üçün saysız-hesabsız təhlükələr yaranacaq.
Münaqişələrə son qoymaq üçün Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın ən qısa zamanda bağlanıb həyata keçirilməsinin vacibliyini vurğulayan Şolz bunun regional gərginliyin azaldılmasına mühüm töhfə verəcəyini müdafiə edib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin