Google bu şəxslərin reklam gəlirlərini blokladı

22:34 - 12 Avqust 2024

Google bu şəxslərin reklam gəlirlərini blokladı

Google Rusiyada yerləşən naşirlərin reklamlar vasitəsilə gəlir əldə etməyə imkan verən "AdSense"dən pul qazanma imkanını dayandırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı Google tərəfindən verilən açıqlamada, "Rusiyadakı vəziyyətə görə, Rusiya mərkəzli nəşriyyatların AdSense, AdMob və Ad Manager ilə pul qazanma imkanlarını dayandırırıq", - bildirilib.

ABŞ mətbuatında yer alan xəbərdə, bir şirkət sözçünün açıqlamalarına əsaslanaraq, Rusiya mərkəzli AdSense hesablarına ödənişlərin artıq edilməyəcəyi və sözügedən hesabların 2024-cü ilin avqust ayından etibarən ləğv ediləcəyi bildirilib.

Xəbərdə qeyd olunub ki, ölkədə yayımçıların iyul ayı qazancları təxminən avqustun 21-26-da paylanacaq.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynada baş verən müharibə ilə əlaqədar olaraq, Google Rusiya dövlət mediasına reklam dərc etməyi və pul qazanmağı və 2022-ci ilin mart ayından etibarən Rusiyadakı istifadəçilərə reklam xidmətini dayandırmışdı.

Şirkət Rusiyada yeni AdSense hesablarının açılmasını da qarşısını almışdı, lakin mövcud nəşriyyatlar məhdud olsa da, reklam gəlirləri əldə etməyə davam edirdilər.

Manşet.az


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin