Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında qarşıdurma yaşandı

09:59 - 13 Avqust 2024

Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında qarşıdurma yaşandı

Əfqanıstan və Pakistanın sərhəd qüvvələri arasında münaqişə baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan qüvvələri sərhəd xəttində nəzarət-buraxılış məntəqəsi inşa edərkən, əvvəlcə Əfqanıstan sərhəd qüvvələrinə atəş açıb və əfqan qüvvələri tərəfindən cavab atəşi açılıb.

Əfqanıstan mətbuatının yazdığına görə, münaqişə bölgəsində yaşayanlar evlərini tərk etmək məcburiyyətində qalıb, münaqişə səbəbindən Torkham Sərhəd Qapısı bağlanıb.
Digər tərəfdən, Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani  "X " sosial media platformasındakı hesabında Pakistan qüvvələrinin mülki şəxslərə atəş açdığını və ikisi uşaq olmaqla və 3 əfqanın həyatını itirdiyini bildirib. 


Xəbər xətti

10 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin