ABŞ Türkiyədən kömək istədi

17:44 - 13 Avqust 2024

ABŞ Türkiyədən kömək istədi

HƏMAS və Hizbullahın yüksək rütbəli üzvlərinin öldürülməsindən sonra Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran və müttəfiqlərinin İsrailə qarşı hücumlar edəcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Ceff Flake müttəfiqlərin İranı gərginliyi azaltmağa razı salmasını istədiklərini bildirib.

Türkiyə səfiri vəzifəsi tezliklə başa çatacaq İstanbulda jurnalistlərlə görüşündə "İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik və Türkiyə də bu ölkələr arasındadır" deyə vurğulayıb. 

 

 


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin