36 işçinin maaşı mənimsənildi- 1,1 milyonluq yeyinti
9 Sentyabr 2024
22:28 - 13 Avqust 2024
1 sentyabr növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası başlayan ilk günlərdə müşahidə edirik ki, əvvəl deputat olan və hazırda deputatlığa namizəd olan şəxslər və eyni zamanda yenidən namizəd olan şəxslər və iki dəfə namizəd olan şəxslər, xəbər saytları, media subyektləri ilə əməkdaşlığa da maraqlı görünmürlər.
Manset.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, namizədlər daha çox öz təbliğat, təşviqat kampaniyalarını sosial şəbəkələr üzərindən aparırlar.
“Çünki biz ilk dəfədir ki, bunun şahidi oluruq ki, sosial şəbəkələr xəbər saytlarını üstələyir və təbliğat kampaniyası sosial şəbəkələrdə aparılır. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər sırasında media subyektlərinin MSK-nın rəsmi saytında göstərdiyi qiymətlərin baha olması kimi göstərilə bilər. Çünki bilirsiniz ki, daha az büdcə ilə hətta, sıfır büdcə ilə belə sosial şəbəkələrdə hansısa bir kontenti yaradıb, ona xitab etmək mümkündür. Eyni zamanda sosial şəbəkənin spesifik xüsusiyyətlərindən biri odur ki, hansısa bir video, xüsusən də "TikTok"da paylaşanda o video auditoriyanın özünü tənzimləyir və daha çox hansı bölgədən maraq gəlirsə, namizədlər də birbaşa öz seçicilərinə xitab etmək imkanları qazanırlar. Bu məsələnin obyektiv tərəfidir. Amma subyektiv tərəfinə gəlincə, burada biz jurnalistlər, media subyektləri özlərində səhv axtarmalıdırlar. Çünki biz görürük ki, son illər artıq sosial şəbəkələr medianı üstələyir. Sosial şəbəkələr xəbər mənbəyi rolunu oynayır. Bu da təbliğat-təşviqat kampaniyasında da media üzərində öz təsirini göstərməyə başlayır.
H.Heydərli onu da qeyd edib ki, bəzi deputatlar mediadan qaçırlar:
“Bu da əslində çox üzücü bir məqamdır. Çünki sosial şəbəkələr nə qədər fəal, aktiv ,gündəmdə olsa da media ciddi resursdur və medianın yaydığı məlumatlar cəmiyyət tərəfindən daha ciddi qəbul edilir, nəinki sosial şəbəkələrin. Amma biz şahidi oluruq ki, keçmiş deputatlar, yenidən namizədliyini irəli sürən şəxslər bu seçkilərdə bir növ mediadan qaçmaq yolunu tutublar və media ilə əməkdaşlığı yox, daha çox öz görüşlərini sosial şəbəkə üzərindən aparırlar. Burada ən vacib məqam seçicilərlə çalışmaq lazımdır. Birbaşa seçicinin ayağına getmək lazımdır. Seçicinin problemini, istəklərini dinləmək lazımdır və bunun qanunvericilik orqanında səsləndirmək lazımdır”.
H. Heydərli əlavə edib ki, bəzi namizədlər artıq bir növ özlərini şou-biznes nümayəndəsi kimi hiss edirlər:
“Nə seçici ilə görüşürlər, nə media ilə əmək əməkdaşlıq edirlər. Sadəcə olaraq evində oturub və yaxud da bir telefonu qarşısına qoyub orada çağırışlar edirlər. Amma əslində bu yolla deputat seçilmək mümkün deyil. Təbii ki, həm media ilə, həm sosial şəbəkələrdə, həm də seçicilərlə aktiv iş quran şəxslər düşünürəm ki, mandat sahibi olacaqlar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin