Bu tarixdən internetdən imtina edənlər cərimələnəcək
13 Sentyabr 2024
12:14 - 14 Avqust 2024
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.
Manset.az-ın Modern.az-a istinadən məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.
Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:
- İsa Həbibbəyli - 74 yaş
- Sədaqət Vəliyeva - 70 yaş
- Oqtay Əsədov - 69 yaş
- Vahid Əhmədov - 76 yaş
- Fəzail Ağamalı - 76 yaş
- Sabir Rüstəmxanlı - 78 yaş
- Tahir Kərimli - 68 yaş
- Aqiyə Naxçıvanlı - 66 yaş
- Bəxtiyar Sadıqov - 72 yaş
Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin