La Liqa və Çempionlar Liqasının son çempionu "Real Madrid" gənc futbolçusu Xuan Migel Latasanı "Real Valyadolid"ə satıb.
Manset.az bu barədə "Real Madrid" klubu rəsmi açıqlama verib.
Xatırladaq ki, 2016-cı ildə 15 yaşındaykən "Real Madrid"ə transfer olunan futbolçu o vaxtdan bəri komandanın bütün kateqoriyalarında çıxış edib. 2020-ci ildə Gənclər Liqasının çempionu olub. O, ilk dəfə 2022-ci ildə Real Madrid A komandasının formasını geyinib.Oyunçu son iki mövsümdür “Xetafe”də icarə əsasında çıxış edirdi.