"Humanitar yardım dəhlizləri açılacaq" - Ukrayna açıqladı

20:07 - 14 Avqust 2024

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Rusiyanın Kursk vilayətindəki mülki şəxslərin Rusiya və Ukraynaya təxliyəsinə icazə verəcəyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vereşçuk Rusiyanın bölgəyə beynəlxalq humanitar yardım təşkilatlarını da qəbul edəcəyini bildirib:

"Hərbi qüvvələrimiz mülki əhalinin təxliyəsi üçün həm Rusiya, həm də Ukraynaya humanitar dəhlizlər açmağı planlaşdırır".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Kursk bölgəsində müxtəlif yerlərdə 1-2 kilometr irəliləyiş əldə etdiklərini və 100-dən çox rus əsgərini əsir götürdüklərini açıqlamışdı.

Manşet.az


Xəbər xətti

9 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin