Prezident Bakı Olimpiya Stadionunda - FOTOLAR
10 Sentyabr 2024
13:19 - 15 Avqust 2024
Moskvada bir kişi avtomobilyuma məntəqəsindən "Lamborghini" lüks avtomobilini qaçıraraq 16 saat şəhər ətrafında sürüb və sonradan avtomobilin sahibiylə barışaraq məhkəmədən və cəzadan canını qurtarıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs avtomobilyuma məntəqəsində "Lamborghini"ni görüb. O, işçilərə avtomobilin ona aid olduğunu deyib, açarları götürərək maşını sürüb.
16 saat ərzində Moskva küçələrində hərəkət edib, nəhayət, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Maşının başqasına məxsus olduğu müəyyən edildikdən sonra ona qarşı cinayət işi açılıb.
Lakin məhkəmədə məlum olub ki, hadisəni törədən şəxs zərərçəkənlə barışıq sazişi imzalayıb. O, təqsirini etiraf edib və sportkarın sahibinə maddi və mənəvi ziyanı pul ödənişi yolu ilə ödəyib. Bu səbəbdən tərəflərin barışması ilə əlaqədar məhkəmə cinayət işini dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin