Bu ölkələrdə isti hava ilə bağlı “qırmızı xəbərdarlıq” elan edildi

16:47 - 15 Avqust 2024

Bu ölkələrdə isti hava ilə bağlı  “qırmızı xəbərdarlıq” elan edildi

Həyəcan siqnalı verilən Bosniya və Herseqovinanın bir çox şəhərində hiss olunan temperaturun 40 dərəcəni keçə biləcəyi bildirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Serbiyada bir çox şəhərlərdə hava istiliyinin 40 dərəcəni keçə biləcəyi ictimaiyyətə açıqlanıb və "qırmızı" xəbərdarlıq edilib.

Hidrometeorologiya İnstitutu (HMİ) həddindən artıq isti hava şəraitinin həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və ehtiyatlı olmağı tövsiyə edib.

Serbiya Xalq Sağlamlığı İnstitutundan Milan Yovanoviç Batut ölkənin 10 şəhərindəki hava şəraitinin “çox təhlükəli” olduğunu bildirib.

Həkimlər isti hava şəraitinin xroniki xəstəlikləri olanlar üçün əlverişsiz olduğunu, astma və ürək xəstəliyi olanların xüsusilə diqqətli olması lazım olduğunu bildiriblər.

Serbiya Avtomobil və Motosiklet Assosiasiyası da sürücülərə yolda daha diqqətli olmağı və günün ən isti saatlarında avtomobil idarə etməməyi tövsiyə edib.


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin