55 nəfərin zəhərləndiyi toyun təfərrüatları - VİDEO

22:55 - 16 Avqust 2024

55 nəfərin zəhərləndiyi toyun təfərrüatları - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

 

Manset.az xəbər verir ki, həmin gün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib.

Onların hamısının eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub.

Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin