Livanın bütün ərazisi işıqsız qaldı

22:12 - 17 Avqust 2024

Livanın bütün ərazisi işıqsız qaldı

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90 faizinə nəzarət edən “Electricite du Liban” enerji şirkəti məlumat yayıb.

Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən sonuncu Az-Zəhrani elektrik stansiyasının yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə işini dayandırıb. Bununla da Livanın bütün ərazisi işıqsız qalıb.

Məlumata görə, hazırda ölkənin bütün əsas infrastruktur obyektləri, o cümlədən beynəlxalq aeroportu və dəniz limanı enerjisiz qalıb. Şirkət alınacaq yanacağın miqdarına uyğun olaraq elektrik stansiyalarını yenidən işə salmağa və istehlakçılara elektrik enerjisini bərpa etməyə söz verib.


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin