Səfirin "Dinamo" - "Qarabağ" matçında iştirakı gözlənilir

13:55 - 19 Avqust 2024

Səfirin

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" klubunun səfərdə Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi ilk matçda Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanovun da iştirak edəcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev bildirib.

Azərbaycan çempionunu nə qədər azarkeşin dəstəkləyəcəyi isə sual altındadır. "Qarabağ"ı "Maksimir" stadionunda dəstəkləmək istəyən azərbaycanlı azarkeşlərə ümumilikdə 1254 ədəd vauçer ayrılıb. Azarkeşlər vauçerləri əldə edərək oyun günü "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 avrodur.

Vauçerləri biletlərə dəyişmək üçün kassalar oyundan 2 saat əvvəl açılacaq.

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Fotoda Anar İmanov



Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin