Zəlzələ vulkan püskürməsinə səbəb oldu

15:57 - 19 Avqust 2024

Zəlzələ vulkan püskürməsinə səbəb oldu

Kamçatka yarımadasında baş verən 7,0 bal gücündə zəlzələ bölgədəki Şiveluç vulkanını aktivləşdirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiyanın uzaq şərqindəki Kamçatka yarımadasında 7 bal gücündə zəlzələ baş verib. Yarımadanın şərq sahilində yerləşən Şivəluç vulkanı şiddətli zəlzələdən təsirlənib və aktivləşərək kül püskürüb.

Göyə 5 kilometr hündürlüyə qədər yüksələn küllər qısa müddətə təyyarələr üçün "qırmızı kod" xəbərdarlığına səbəb olub.

Rusiya Elmlər Akademiyasının vulkanoloqları daha da güclü zəlzələnin ola biləcəyini bəyan ediblər.

Akademiyanın Vulkanologiya və Seysmologiya İnstitutu Şiveluchun üzərindəki kül buludunu göstərən video yayımlayıb və vulkanın şərq və cənub-şərq istiqamətində 490 kilometr genişləndiyini üzə çıxarıb.

Qeyd edək ki, Rusiya fövqəladə hallar orqanlarının məlumatına görə, episentri ən yaxın şəhərdən 108 kilometr cənub-şərqdə və dəniz dibinin 6 kilometr dərinliyində baş verən zəlzələdə xəsarət alan olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az