QAİ-nin Gorus rayon təşkilatının növbəti iclası keçirildi - FOTO

16:09 - 19 Avqust 2024

QAİ-nin Gorus rayon təşkilatının növbəti iclası keçirildi - FOTO

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə çap edilmiş "Qərbi Azərbaycan şəhidləri" adlı kitab, 17 avqust 2024-cü il tarixdə əslən Gorus rayonundan olan şəhid Niftəliyev Azər Bayram oğlunun və Tahirov Rəhim Əvəz oğlunun Mingəçevir şəhərində yaşayan ailə üzvlərinə təqdim edilib. 
 

Manset.az xəbər verir ki, Gorus rayon icmasının təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəliyinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində bu şəhərdə yaşayan goruslularla görüş keçirilib. 

Tədbirdə Gorus rayon Şahverdilər kənd sakinləri, icma üzvləri, şəhid ailələri və Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov iştirak edib.

Tədbirdə Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları İcmanın İdarə Heyətinin sədri cənab Əziz Ələkbərlinin adından salamlayaraq iştirakçıların nəzərinə çatdırıb ki, Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı 2022 ci ildən etibarən Qayıdış konsepsiyası çərçivəsində həm ölkə daxilində, həm beynəlxalq hüquq müstəvisində təliğat təşviqat xarakterli bir çox böyük layihələrə imza atıb:

“Şəhidlər haqqında kitabın çapı da bu layihələrdən biridir. Vətən uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmış və sağlamlığını müxtəlif dərəcədə itirmiş əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın sayı yüzlərlədir. Şəhid və qazilərimizin göstərdikləri sücaəti işırlandırmaq, onların adlarını əbədiləşdirmək bizlərin mənəvi borcumuzdur. Odur ki, bu kitabın ərsəyə gəlməsində zəhməti keçən hər bir ellimizə bir daha dərin təşəkkürümüzü bildiririk".

İcma sədri onu da bildirib ki, Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Gorus rayonundan 10 nəfər şəhidimiz haqda məlumat yer alıb: 

“1-ci cildə adları qeyd edilməyən əslən Gorus rayonundan olan şəhidlərimiz haqqında hal hazırda məlumatlar toplanır və bu məlumatlar kitabın 2-ci cildində yer alacaq”.

Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə kitablar təqdim edilib, onlara icma adından təşəkkür edilib.  

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcması Mingəçevir nümayəndəsi Mayıl İsmayılov QAİ-nın fəaliyyəti və şəhərdə nümayəndəliyin yaranması barədə ümumi məlumat verərək əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.

Tədbir iştirakçılarının təşəbbüsü ilə Gorus rayonu Şahverdilər kənd sakini Eyvaz Tahirov həmin kəndin icmasına sədr müavini təyin edilib, rayon icma sədri Etibar Həsənov Eyvaz Tahirovun Mingəçevir şəhərində yaşayan Gorus camaatı və Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəsi ilə əlaqələrin qurulmasında, həmçinin 17 avqust tədbirinin təşkilində xüsusi xidmətinin olmasını vurğulayaraq, bundan sonra da Gorus rayon icmasının fəaliyyətinə dəstək verəcəyini və QAİ-nın şəhər nümayəndəliyinin tədirlərindı iştirak etməklə, Gorus camaatını bu nümayəndəlikdə layiqincə təmsil edəcəyinə.ümid etdiyini bildirib.

Rayon icmasının sədri indiyədək görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verib.

İcma sədri Etibar Həsənov Mingəçevir şəhərində yaşayan gorusluları ata yurda Qayıdış konsepsiyasının icrası üzrə tədbirlərdə fəal olmağa çağırıb və yurda qayıdış naminə hər kəsin eyni məqsəd uğrunda bir yumruq kimi birləşməsinin zəruri olduğunu qeyd edib.

Həmçinin icma üzvləri Eyvaz Tahirovun, Yaşar Rzayevin, Təvəkkül Məmmədovun, Anar Tahirovun və digər iştirakçıların səmərəli təklifləri dinlənilib, müzakirə edilib və suallar cavablandırılıb, şəhid ailələrinin üzvləri Təranə Niftəliyeva və Kəmalə Tahirova şəhidlər haqqında kitabın ərsəyə gəlməsinə görə Qərbi Azərbaycan İcması  rəhbərliyinə təşəkkür etdiklərini bildirib və Milli Məclisin üzvlüyünə namizəd hörmətli Əziz Ələkbərliyə uğurlar arzulayıb.

Tədbirin sonunda Gorus camaatı, şəhid ailə üzvləri və icma sədri ilə birlikdə xatirə fotosu çəkilib.

 

 



Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin