İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan Britaniya bayraqlı yelkənli qayığın batması nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2 Britaniya-Fransız, 1 İrlandiya, 1 Yeni Zelandiya, 1 Şri Lanka və 17 İngiltərə vətəndaşların olduğu yelkənli qayığın batması nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilib. Bölgədə 15 nəfər xilas olsa da, hələ tapılmayan şəxslər var.
Qeyd edək ki, İtaliya yanğınsöndürmə briqadasının dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirir.