Pensiya alanlara xoş xəbər

19:43 - 19 Avqust 2024

Pensiya alanlara xoş xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

"Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər", - məlumatda vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az