"Uğurlu gələcək naminə!" - FOTOLAR

21:22 - 20 Avqust 2024

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin YAP Saatlı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

 

Manset.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir: “Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub”.

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli bildirib ki, Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çox yüksək səviyyədə və uğurla icra edilib, hazırda da icra edilməkdədir: “Bölgələrin inkişafı, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonları da ölkə rəhbərinin diqqət mərkəzindədir. Respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən kompleks tədbirlər nəticəsində hər bir rayon və şəhərimiz uğurla inkişaf edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Vüsalə Həsrətova, Adil Səfərov və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Natiqlər çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Seçicilər də 1 sentyabr seçkilərində ən layiqli namizəd olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.



Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin