Lukaşenkodan Üçüncü Dünya müharibəsi ANONSU - Harada və necə başlayacaq?

11:05 - 21 Avqust 2024

Lukaşenkodan Üçüncü Dünya müharibəsi ANONSU - Harada və necə başlayacaq?

"NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Üçüncü Dünya müharibəsi başlayacaq".

 

Manset.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət televiziyası "Rossiya" kanalına verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, NATO-nun Ukraynaya qoşun göndərmə ehtimalı böyükdür.

Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini bildirib:

"Əgər onlar NATO qoşunlarını göndərsələr, Üçüncü Dünya müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və bu dəhşətli sonluqla nəticələnəcək". 

Lukaşenko onu da qeyd edib ki, NATO ilə müharibə etməyin tərəfdarı deyil:

"NATO ilə müharibə istəmirik. Amma bunu etsələr, bizim başqa seçimimiz qalmayacaq. Qırmızı xətt yoxdur. Bizim yalnız bir xəttimiz var, o da dövlət sərhədidir. Sərhədi keçən kimi cavab veriləcək".

 

 

Fidan Əliyeva

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az