ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

14:04 - 21 Avqust 2024

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ-nin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Stefani Holms Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb amerikalı jurnalistlərin Kursk bölgəsinə daxil olmasıdır.

Nazirlikdən verilən yazılı açıqlamada Holmsun nazirliyə çağırıldığı və ABŞ jurnalistlərinin Rusiyanın Kursk bölgəsinə icazəsiz girişinin şiddətlə pisləndiyi bildirilib.

Həmçinin açıqlamada ABŞ muzdlularının Kurskda olduğuna dair dəlillərin olduğu paylaşılıb və bu vəziyyətin ABŞ-nin Ukrayna müharibəsində birbaşa iştirakını nəzərdə tutduğuna diqqət çəkilib.

 

Fidan Əliyeva

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az