İranda AĞIR qəza - 28 pakistanlı həlak oldu (VİDEO)

15:45 - 21 Avqust 2024

İranda AĞIR qəza - 28 pakistanlı həlak oldu (VİDEO)

İranda İranda pakistanlı zəvvarları daşıyan avtobusun aşması nəticəsində azı 28 sərnişin həlak olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Qəza İranın mərkəzi Yəzd əyalətində əyləc sisteminin nasazlığı səbəbindən baş verib.

Pakistanın İrandakı səfiri Məhəmməd Mudassir Tipu bildirib ki, daha 23 sərnişin yaralanıb, onlardan 14-ü ağırdır.

Qeyd edək ki, zəvvarlar şiə təqvimində ən böyük hadisələrdən birini qeyd etmək üçün Pakistanın Sind əyalətindən İraqın müqəddəs Kərbəla şəhərinə gedirdilər.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az