Xanlar Vəliyev Emin Quliyevin rütbəsini artırdı - FOTO
10 Oktyabr 2024
16:50 - 21 Avqust 2024
İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə görə İranın İsrailə cavabı ehtimal ki, israillilərin heç gözləmədiyi vaxtda və formada veriləcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə başlayan danışıqlar hələ də İsrail və HƏMAS arasındakı bütün fikir ayrılıqlarını həll edə bilməyib. Bununla belə, vasitəçilər razılığa gəlmək cəhdlərindən əl çəkmirlər.
İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Əli Fedevi dünən verdiyi açıqlamada deyib:
"Şəhid Haniyənin qisasının nə vaxt və necə alınacağını biz müəyyən edəcəyik və bu, mütləq baş verəcək".
İnqilab Keşikçiləri Ordusunun sözçüsü Əli Muhammed Naini zamanın öz xeyirlərinə olduğunu vurğulayıb:
"Zaman bizim xeyrimizədir. Düşmən vurulmağı gözləsin".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin