Sabah bu ərazilərdə qaz olmayacaq
14 Oktyabr 2024
17:10 - 21 Avqust 2024
Hindistanın Baş naziri Narendra Modi Ukraynaya səfəri zamanı prezident Vladimir Zelenski ilə Ukrayna böhranının sülh yolu ilə həlli imkanlarını müzakirə etmək niyyətindədir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mən Zelenski ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli ilə bağlı fikirləri bölüşmək barədə əvvəlki danışıqları davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Modi ofisinin yaydığı bəyanatda bildirib.
Hindistanın baş naziri əlavə edib ki, o, “regionda sülh və sabitliyin tezliklə bərpasına” ümid edir.
Qeyd edək ki, Modi Zelenskinin dəvəti ilə avqustun 23-də Ukraynaya səfər edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin