"Şərəf tarixi" - FOTOLAR

22:08 - 21 Avqust 2024

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin Azadkənd və Fətəlikənd kəndlərində Azadkənd, Fətəlikənd, Günəşli və Şirinbəyli kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

 

 

Manset.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi təqdir olunur. Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir.

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli yeni formalaşacaq parlamentin ölkəmizin hərtərəfli, ümumi inkişafına öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı, ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də şanlı tariximizdə öz yerini tutacaq.

Tədbirdə təşviqat qrupunun üzvləri Bəylər Əliyev, Nuhəli Kərimov, Daşdəmir Ulfanov və digərləri seçicilərə yeni hədəflərə çatmaq üçün YAP-ın namizədlərinə səs verməyə çağırış ediblər.



Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin