Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi
13 Oktyabr 2024
09:15 - 22 Avqust 2024
Şərur rayonunun Həmzəli kənd sakini, 34 yaşlı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirən şəxsin məhkəməsi başa çatıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Afəddinin qardaşı 1988-ci il təvəllüdlü Sultan Əliyev 2009-cu ildə Sitarə ilə evlənib. Lakin 2021-ci ildə onlar boşanıblar.
Bundan sonra tərəflər arasında alimentə görə problemlər yaranıb. Sultanın 3 min manata yaxın aliment borcu yığılıb və qadının şikayətindən sonra o, 10 gün inzibati həbs edilib.
Daha sonra Sultan işləmək üçün Bakıya gəlib. O, 2023-cü il iyunun 10-da Mehdiabad qəsəbəsində toyda olarkən Sitarənin 1991-ci il təvəllüdlü qardaşı Hüseynlə mübahisə edib. Tərəflər arasındakı münaqişə zəminində Hüseyn Sultanı bıçaqlayaraq öldürüb.
Bundan sonra Afəddin qardaşını qətlə yetirən şəxsin ailəsindən qisas alacağını deyib və bu il aprelin 8-də Bakıdan Naxçıvana gedib.
Orada bıçaq alıb və Sitarənin yaşadığı evə gizli daxil olaraq ona üç bıçaq zərbəsi endirib. Lakin səsə qadının anası gəlib.
Bu zaman Sitarə yerdən daş götürərək Afəddinin başına çırpıb. O, huşunu itirdiyindən cinayət əməlini tam başa çatdıra bilməyib və özünə gəldikdən sonra oranı tərk edib.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 19 avqust tarixli hökmü ilə A.Əliyevə 9 il 6 ay həbs cəzası verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin