5 il sonra Avropa Birliyindən Türkiyəyə dəvət

16:40 - 22 Avqust 2024

5 il sonra Avropa Birliyindən Türkiyəyə dəvət

5 il sonra Avropa Birliyindən Ankaraya əhəmiyyətli bir dəvət gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türiyə xarici işlər naziri Hakan Fidanın avqustun 29-da keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Brüsselə gedəcəyi gözlənilir.

Dəvətlə bağlı açıqlama verən Türkiyə xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçelinin sözlərinə görə Avropa Birliyindən gələn bu addım Türkiyə ilə yeni əməkdaşlıq yaratmağa bir işarədir :

"Biz bunu Avropa Birliyinin dialoq axtarışı kimi qiymətləndiririk. Ümid edirik ki, bu addım AB Xarici Əlaqələr Şurasının 15 iyul 2019-cu il tarixli və münasibətlərimizi çıxılmaz vəziyyətə salan qərarlarında dəyişiklik edilməsinə önümüzdəki dövrdə zəmin yaradacaq".

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin