Misir prezidenti Əbdülfəttah əs-Sisinin prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq Ankaraya gedəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son illərdə iki ölkə arasında yaşanan gərginlikdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın 2024 -cü il fevralın 14-də Misirin paytaxtı Qahirəyə səfəri ilə münasibətlərdə yeni dövrə qədəm qoyub.
Ərdoğanın 12 ildən sonra ilk səfərindən sonra Sisinin də Türkiyəyə gələcəyi gözlənilirdi.
Sisinin ilk səfərini sentyabrın 4-də Türkiyəyə edəcəyi gözlənilir. Hər iki lider Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına da sədrlik edəcək.
Şuranın iclasında iki ölkə arasında bir çox sahələrdə sazişlərin imzalanacağı gözlənilir. Ərdoğanla Sisi arasında keçirilən görüşdə İsrail-Fələstin müharibəsini dayandırmaq, bölgədə atəşkəs təmin etmək və Netanyahu hökumətini mühakimə etmək üçün atılacaq ümumi addımlar müzakirə olunacaq.
Həmçinin Fələstin, Liviya, Sudan və Somali kimi regional məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Fidan Əliyeva
Manşet.az