Nepalda sərnişin avtobusunun Marsyanqdi çayına düşməsi nəticəsində ilkin təsbitlərə görə 27 nəfər həyatını itirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Nepalın Tanahun bölgəsində təxminən 40 sərnişinin olduğu Hindistan nömrəli sərnişin avtobusunu Pokhara bölgəsindən paytaxt Katmanduya gedərkən avtobus Marsyanqdi çayına düşüb.
Nəticədə 27 sərnişin həyatını itirib.