Məkkə və Mədinədə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən türk məktəbləri ilə bağlı qərar verilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, türk məktəblərinin yenidən açılacağı açıqlanıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rəhbərliyinin qərarı ilə 2020-2021-ci tədris ilinin sonundan etibarən paytaxt Ər-Riyadda və digər vilayətlərdə fəaliyyət göstərən türk məktəblərinin mərhələli şəkildə bağlanmışdı.