Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.