Balakən rayonunda sinif otağına ildırım düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Balakən şəhər 1 nömrəli orta məktəbdə baş verib.
Həmin məktəbin sinif otağına düşən ildırım nəticəsində stol-stullar və digər əşyalar yanıb. Yanğın digər otaqlara keçməyib.