Ukraynada elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.
Manset.az Tass-a istinadən xəbər verir ki, bu barədə DTEK enerji holdinqi məlumat yayıb.
"Ukrenergo (Ölkənin milli enerji şirkəti) elektrik enerjisinin kəsilməsinə göstəriş verib”, - deyə holdinqin teleqram kanalında deyilir.
Qeyd edək ki, bir neçə saatdır bütün Ukraynada hava hücumu xəbərdarlığı qüvvədədir. Kiyev, Vinnitsa, Jitomir, İvano-Frankivsk, Lutsk, Lvov, Odessa və digər şəhərlərdə partlayışlar qeydə alınıb.