Rusiya və Çin nüvə silahı ilə bağlı layihəni müzakirə etdi

15:18 - 27 Avqust 2024

Rusiya və Çin nüvə silahı ilə bağlı layihəni müzakirə etdi

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Çin rəsmiləri ilə birlikdə nüvə silahının istifadə olunmaması ilə bağlı müzakirələrdə iştirak edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

“Biz çinli həmkarlarımızla təmasdayıq, bu müzakirələri davam etdiririk və onların ideyasının əsaslı prinsiplərə malik olduğuna inanırıq”, - Ryabkov deyib.

 Nazir müavini Çinin Cenevrədə nüvə silahından ilk istifadə olunmaması ilə bağlı təklif etdiyi müqavilə layihəsini belə şərh edib:

"Çinli həmkarlarımız belə bir sazişin bağlanması təklifini ilk dəfə 1994-cü ildə irəli sürüblər. Bu müddət ərzində biz onlarla müxtəlif platformalarda bu konsepsiyanın beynəlxalq arenada mövcud şəraitə necə uyğun gəldiyini dəfələrlə müzakirə etmişik. Və sizə demək istəyirəm ki, bu müqavilənin taleyi ilə bağlı sual, ilk növbədə, bizə deyil, Qərb iştirakçılarına ünvanlanmalıdır, çünki onlar Çinin ideyasını qətiyyən qəbul etmirlər", - müavin bildirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv