"Quran"nın yandırılması aksiyasının təşkilatçıları barəsində cinayət işi başlanıldı

15:10 - 28 Avqust 2024

\"Quran\"nın yandırılması aksiyasının təşkilatçıları barəsində cinayət işi başlanıldı

İsveç prokurorluğu "Quran"nın yandırılması ilə bağlı keçirilən mitinqlərə görə 2 nəfərə qarşı cinayət işi açıb.

 

Manset.az bu barədə idarənin mətbuat xidmətinə istinadən xəbər verir. 

Prokurorluğun məlumatına görə, həmin şəxslərin "Quran"la o cür rəftarı müsəlman icmasına qarşı hörmətsizlikdir. 

Ötən ilin yayında İsveçdə "Quran"ın yandırılması ilə bağlı etiraz aksiyaları keçirilib. İyunun 28-də, Qurban bayramı günündə Stokholmda 37 yaşlı iraqlı mühacir Salvan Momika "Quran"dan səhifələri cıraraq yandırıb. Aksiyada onun ortağı Salvan Nəcəm də iştirak edib. Onlar aksiya zamanı "Quran"la bağlı nifrət dolu şüarlar səsləndiriblər. Bu, Bağdaddakı İsveç səfirliyi qarşısında dindarların etirazlarına səbəb olub.

İsveç ibtidai istintaqın rəhbəri, Baş prokuror Anna Hankkio bu barədə yazılı açıqlama verib:

"Mənim fikrimcə, şəxslərin ifadələri və hərəkətləri "etnik qrupa qarşı nifrətə təhrik etmə" müddəasına aiddir və məhkəmənin bu məsələyə baxmasına icazə verilməsi vacibdir", - Baş prokuror bildirib.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az