"O, Putinə Ukrayna üçün sülh planı təklif etməyib" - Rusiya liderinin mətbuat katibi

15:49 - 28 Avqust 2024

Telefon danışığı zamanı Hindistanın Baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinə Ukraynada sülh təşəbbüsü planı təklif etməyib. 

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Belə ki, iki lider arasında avqustun 27-də telefon danşığı baş tutub. Putin və Modi Ukrayna ətrafındakı vəziyyəti və Modinin Kiyevə son səfərini müzakirə ediblər. Söhbət zamanı Hindistanın Baş naziri münaqişənin mümkün siyasi və diplomatik həllinə töhfə verməkdə maraqlı olduğunu bildirib. Lakin bununla bağlı hər hansısa sülh planı təklif etməyib.Peskov bildirib ki, Hindistan tərəfi ardıcıl olaraq sülh tərəfdarı, sülh yolu ilə nizamlanmanın, siyasi və diplomatik vasitələrlə nizamlanmanın tərəfdarı mövqeyindən çıxış edir. Əslində bu mövqe bizim dünyagörüşümüzə uyğundur. Amma hazırda belə danışıqlar üçün heç bir ilkin şərt yoxdur.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin