15 yaşından kiçik uşaqlar məktəbdə mobil telefondan istifadə edə bilməyəcək

16:25 - 28 Avqust 2024

15 yaşından kiçik uşaqlar məktəbdə mobil telefondan istifadə edə bilməyəcək

Fransa 15 yaşından kiçik şagirdlərə məktəblərdə mobil telefondan istifadə etmək qadağasını tətbiq edəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə ölkə üzrə 200-ə yaxın ümumtəhsil məktəbi sınaqda iştirak edəcək və bu sınaqda şagirdlər məktəbə gələndə telefonlarını təhvil verməli olacaqlar.

Fransa təhsil naziri Nikol Belloubet açıqlamasında bu qadağanın məqsədinin gənclərə "rəqəmsal fasilə" vermək olduğunu bildirib.

Belloubet bildirib ki, sınaq uğurlu olarsa, qadağa yanvar ayından bütün məktəblərdə tətbiq olunacaq.


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin