Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
9 Oktyabr 2024
13:43 - 29 Avqust 2024
Artıq Milli Məclısə seçkilərin keşirilməsinə sayılı günlər qalıb. Namizədlərin təbligat-təşviqat kampanyası başa çatmaq üzrədir.
Manset.az xəbər verir ki, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Səbinə Salmanovanın seçiciləri ilə mütəmadi görüşləri davam edir.
Bu gün xanım S.Salmanovanın öz seçiciləri ilə daha bir izdihamlı görüşü baş tutub. Namizədin gələcək planları və platforması ilə tanış olan seşicilər axın-axın onun görüşünə gəlirdilər. Katej yaşayış masivində baş tutan görüşlərdə gənclərin, xüsusilə işə qəbul zamanı problemlərlə üzləşən şəxslərin çoxsaylı sualları və seçicilərin sayca çoxlugu diqqəti cəlb edirdi.
Seçicilər onları düşündürən suallara, problemlərə Səbinə Salmanovanın yanaşmasından, Sumqayıtda böyüyüb boya-başa çatmış bir xanımın millət vəkili seçilmək arzusundan məmnun qaldıqlarını və seçki günü onu dəstəkləyəcəklərini bildirdilər.
Eyni mənzərə Bulvarda yerləşən yaşayış massivinin seçiciləri ilə görüşdə də müşahidə olundu. Görüşə gələn seçicilər namizədi çox hörmət və ehtiramla qarşıladılar. Onları düşündürən suallara və qaldırdıqları problemlərə olan real və səmimi münasibətə görə Səbinə xanıma təşəkkürlərini bildirdilər.
Seçicilər hər kəsi 01.09.2024-cü il tarixində Səbinə xanıma səs verməyə çagırdılar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin