İmaməddin Xəlilov qızıl medal qazandı

00:42 - 31 Avqust 2024

İmaməddin Xəlilov qızıl medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Manset.az  xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.

Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

***

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.


Xəbər xətti

4 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin