Havada toz müşahidə olunur

09:43 - 2 Sentyabr 2024

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. 

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq  yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin