Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Monqolustan səfəri başa çatır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Putin və Uxnaaqiyn Xurelsux Monqolustan silahlı qüvvələrinin Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş qala-ziyafət çərçivəsində, rəsmi şam yeməyində danışıqları davam etdiriblər.
Qeyd edək ki, Nahar Ulan-Batorun mərkəzindəki Shangri-La Hoteldə təşkil olunub. Menyuya Avropa yeməkləri də daxil olub.