Paris Olimpiadasının iştirakçısı sevgilisi tərəfindən yandırıldı

17:16 - 3 Sentyabr 2024

Paris Olimpiadasının iştirakçısı sevgilisi tərəfindən yandırıldı

Paris Olimpiadasının iştirakçısı, uqandalı qaçışçı Rebekka Çepteqey bədəninin 75%-nin yanıqları ilə xəstəxanaya yerləşdirilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, mübahisə zamanı idmançının sevgilisi onun üstünə benzin qutusu tökərək yandırıb.

Hadisə idmançının evində baş verib. Polisin məlumatına görə, cütlük qaçışçının evinin tikildiyi torpaq sahəsinə görə mübahisə edib.

Qeyd edək ki, 33 yaşlı Çepteqey Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edib. O, 44-cü olub.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin