Azərbaycan XİN-dən Aİ-nin qərəzli və ədalətsiz bəyanatına CAVAB
12 Sentyabr 2024
12:54 - 4 Sentyabr 2024
Rusiya İkinci Dünya Müharibəsində qazandığı qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək parada hansı ölkələrin dəvətli olduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Biz dost olmayan ölkələrin başçılarını dəvət etməyəcəyik, əks halda bu, çox mürrəkkəb siyahı olar. Lakin ilk dəvət olunanlar arasında Müstəqil Dövlətlər Birliyi ölkələrinin liderləri olacaq, çünki parad ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır. Bundan əlavə, çoxlu ikitərəfli təmasların olacağı gözlənilir.”, - Peskov bildirib.
Məlumata görə, iyunun 20-də Putin Vyetnam prezidenti To Lamı Qələbənin 80 illiyi şərəfinə parada dəvət etmişdi.
Avqustun 19-da Putin Rusiya Federasiyası və Azərbaycanın İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünü geniş şəkildə qeyd edəcəyini bəyan etmişdi.
Sentyabrın 3-də isə Rusiya prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxu Qələbənin 80-ci ildönümü ilə bağlı bayram tədbirləri üçün Moskvaya dəvət edib. Rusiya lideri qeyd edib ki, o, Monqolustanın müharibə zamanı SSRİ-yə göstərdiyi yardımı xatırlayır və yüksək qiymətləndirir.
Qeyd edək ki, Putin İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi şərəfinə xatirə medalı da təsis edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin