Azərbaycan XİN-dən Aİ-nin qərəzli və ədalətsiz bəyanatına CAVAB
12 Sentyabr 2024
16:10 - 4 Sentyabr 2024
Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.
Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. "15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük", - Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin