Zəngəzur dəhlizi ilə bağlı KRİTİK TARİX - Hər kəsin gözlədiyi o xəbər!
14 Sentyabr 2024
16:03 - 5 Sentyabr 2024
Son zamanlar Türkiyədə meşə yanğınlarının sayı hədsiz artıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əldə olunan məlumata görə, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş İzmir, Aydın və Muğlada meşə yanğınlarından zərər çəkən 441 nəfərə lazımi psixososial dəstəyin göstəriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, yanğınların baş verdiyi ilk andan bütün nazirliklər, əlaqəli qurumlar və qeyri-hökumət təşkilatları səfərbər olub:
"Nazirlik olaraq hər üç vilayətdə qruplarımız yanğından zərər çəkən 441 vətəndaşa lazımi psixososial dəstəyi verməyə davam edir. Bu fəlakət hər birimizi dərindən kədərləndirir. Bu faciəli hadisənin öhdəsindən gəlmək üçün vətəndaşlarımıza hər zaman dəstək olacağıq”.
Qeyd edək ki, Türkiyədə keçən il 1419 meşə yanğını qeydə alınmışdı. Bu rəqəm 2024-cü ildə 2529-a yüksəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin