Masallıda ağır qəza - Yeniyetmə öldü

18:30 - 7 Sentyabr 2024

Masallıda ağır qəza - Yeniyetmə öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin